`Lotu Quli`nin qohumuna hökm oxundu - 9 il
15:20 27 Aprel 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az -ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, V. Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sonra məhkəmə kollegiyası müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, V. Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb.
V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanıb.
V. Hüseynov hazırda həbsdə olan və "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır.
Femida.az
Oxunub: 813
Oxşar xəbərlər
- `Lotu Quli`nin qohumuna hökm oxunub
- `Lotu Quli`nin qohumunun məhkəməsi olub
- `Lotu Quli`nin azadlıqda İLK FOTOSU
- `Lotu Quli` Gürcüstana gedib
- `Lotu Quli`nin kirvəsinin məhkəməsi - Polis ifadə verdi
- `Lotu Quli`nin yeznəsi AZADLIQDA
- `Lotu Quli` yeznəsinin məhkəməsinə jurnalistlər buraxılmadı
- `Lotu Quli`nin yeznəsinin məhkəməsi başlayır
- `Lotu Quli` üçün həbsxanada təmtəraqlı ad günü
- `Lotu Quli`nin adamları saxlanıldı - SİYAHI